Azərbaycan
1995
4000 - 5000
Azərbaycanda pambıqçılıq ənənəsi qədim tarixə malikdir. Hazırda bu ənənəni “MKT İstehsalat Kommersiya” MMC uğurla davam etdirir. Pambıqçılıq sektorunda 25 illik təcrübəyə malik “MKT İstehsalat Kommersiya” MMC Azərbaycanda pambıq və pambıq məhsullarının istehsalını, həmçinin istehsal etdiyi məhsulların ölkə daxilinə və xaricinə satışı ilə məşğuldur. Şirkət Azərbaycanın 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və emalını həyata keçirir. Hal-hazırda şirkətin nəzdində 11 pambığın ilkin emalı, 4 məntəqə tipli filialı, 6 innovasiya fermer təsərrüfatı, 1 yağ istehsalı və 2 iplik istehsalı fabriki fəaliyyət göstəməkdədir və müəssisədə 3200 nəfərdən çox işçi fəaliyyət göstərir. “MKT İstehsalat Kommersiya” MMC 2021-ci ildə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. 2019-2020 mövsümündə isə cəmiyyət 45,000 ha sahədən rekord göstərici olan 35.6 sentner/hektar xam pambıq istehsal etmişdir.
ADDIM Layihəsi
"MKT İK MMC" gənc potensiallı kadrların cəlbi və inkişafı üçün daha bir böyük layihəyə başlamışdır. Layihə məxsusi olaraq “ADDIM” adlandrılmışdır. Layihənin məqsədi şirkətimizin fəaliyyət istiqamətinə uyğun təhsil almış seçilmiş məzunları işçi kimi yetişdirərək şirkətin məqsəd və fəaliyyətləri yönündə əməkdaşlıq qurulmasıdır.
Daxili təlimçilər
Layihələrin reallaşdırılmasında və işçilərinin rifahının yüksəldilməsində daxili ekspertlərin və daxili təlimçilərin təcrübələrindən yola çıxmaq MKT İK MMC-nin hədəfləri arasındadır. Daxili təlimçilər öz sahələrində fərqlənən işçilər olmaqla şirkətin ümumi funksiyasına müsbət yöndə istiqamət verə biləcək kadrlardır.
Rəqəmsal öyrənmə
İR şöbəsi 2021-ci ili avtomatlaşdırma və rəqəmsallaşdırma ili kimi başa vurmuşdur. 2021-ci illdə “Helpdesk” portalı üzərindən avtomatlaşdırılmış proseslərdən əlavə daha böyük bir layihənin də başlanğıcı qoyulmuşdur: “Rəqəmsal öyrənmə”.
Rəqəmsal öyrənmə əlçatan, asan, vaxta qənaət edilməsi ilə tanınır. İşçilər onlar üçün xüsusi hazırlanmış və səsləndirilmiş təlimə istədikləri zaman olduqları məkandan fərqli cihazlardan qoşula bilirlər. Bu öyrənmə metodu ilə daha çox işçini təlimə cəlb etmək mümkün olacaq və resurslara qənaət ediləcəkdir.
© 2021 Bütün hüquqları qorunur